Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə qanunsuz tikililərə qarşı iclas keçirilib

22 noyabr 2023 | 22:30

Noyabrın 22-də Ağcabədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında  Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi  ilə  birgə  rayon, qəsəbə və kəndlərdə qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin aparılması, belə halların qarşısının alınması və aradan qaldırılması  üçün maarifləndirici  iclas keçirilib.

İclasda  Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın əməkdaşları, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinin yerli orqanlarının,  o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayon bölməsinin, habelə aidiyyəti qurumların işçiləri, rayon, qəsəbə və kəndlərin inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri, eləcə də media mənsubları iştirak ediblər.

Toplantını giriş sözü ilə açan rayon icra hakimiyyətinin birinci müavini Xətai Zeynalov  əvvəlcə müzakirə olunacaq məsələni  diqqətə çatdırıb. O, çıxışında şəhərsalma və tikinti fəaliyyəti sahəsində rayonda görülmüş işlər,  bu sahədə baş verən qanun pozuntularının vaxtında aşkar edilərək, nöqsanların aradan qaldırılması, dövlət şəhərsalma nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikililərin qarşısının alınması ilə əlaqədar qəbul  olunan müvafiq qanunvericilik qaydaları haqqında geniş məlumat verib.

Digər çıxışçılardan Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin məsul əməkdaşları Səyavuş Alışov və Zöhrab İsmayılov  görülən işlərdə sıx əməkdaşlığa görə  rayon icra hakimiyyətinə öz təşəkkürlərini bildiriblər, eyni zamanda cari ildə aşkar olunmuş nöqsanlar, qanunsuz tikililər barəsində tərtib olunmuş aktlar, müvafiq tədbirlər görülmüş obyektlər haqqında danışıblar. Bundan başqa bu sahədə aparılan monitorinq yoxlamalarının müsbət nəticələr verdiyini və belə görüşlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən də söz açıblar.

Məruzələrdən sonra iclas qarşılıqlı müzakirə formasında davam etdirilib.

Keçidlər