Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

01 oktyabr 2026 | 15:36
Oktyabrın 1-də Ağcabədi rayonunda Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
 
Əvvəlcə Ağcabədi Rayon Prokurorluğunun kollektivi Qəhrəmanlar Parkında yerləşən Əbədi Məşəl abidəsini və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarlarını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad edib.
 
Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon prokurorluğunun kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi hissə komandirləri və digər tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev Mərkəzinin qarşısında xatirə fotosu çəkdirilib.
Tədbir Ağcabədi Rayon Prokurorluğunun inzibati binasında davam etdirilib.
 
Çıxış edən Ağcabədi Rayon prokuroru Vüqar Hacıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin 17 iyun 1998-ci il tarixli Sərəncamına əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Prokurorluq orqanlarının ölkədə qanunçuluğun, hüquq qaydasının və insan hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən prokuror əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev və digər çıxış edənlər prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik ediblər.
 
Çıxışlarda prokurorluq orqanlarının dövlətçiliyin, qanunçuluğun və insan hüquqlarının qorunmasında mühüm rol oynadığı vurğulanıb. Həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı prokurorluq əməkdaşlarının Vətən qarşısında öz xidməti vəzifələrini layiqincə yerinə yetirdikləri qeyd olunub.
 
Sonda xidməti vəzifələrinin icrasında səmərəli fəaliyyətinə və fərqləndiyinə görə Ağcabədi Rayon Prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Namiq Süleymanov Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub.
 
Tədbir çay süfrəsi ətrafında davam etdirilib.
Keçidlər