Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Prokurorluq işçilərinin peşə bayramı” günü qeyd olundu.

01 oktyabr 2023 | 12:02

Azərbaycan Prokurorluğunun kollektivi müasir, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən, 1998-ci ildən etibarən hər il oktyabrın 1-də peşə bayramını qeyd edir.

Bu günün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğsıının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərin təzahürüdür.

Azərbaycan Prokurorluğu 105 illik inkişaf tarixi ərzində çətin, lakin çətin olduğu qədər də şərəfli bir təkamül yolu keçməklə, dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirmişdir .

Dövlətimizin maraqlarının və qanunun aliliyini təmin etməklə, cinayətkarlığa qarşı kəsərli mübarizə aparmaqla vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində daim öz töhfəsini vermişdir!

Sentyabrın 29-da Ağcabədi rayonunda “Prokurorluq işçilərinin peşə bayramı” günü qeyd olundu.

Tədbirdə rayon prokurorluğunun kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və yerli media nümayəndələri iştirak etdilər.

İlk öncə prokurorluğun kollektivi və media nümayəndələri Qəhrəmanlar Parkında vətən şəhidlərinin məzarlarını ziyarət etdilər. Ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini hörmətlə andılar.

Rayon prokuroru Vüqar Hacıyev Azərbaycan Ordusunun sentyabrın 19-da separatçılara qarşı keçirdiyi uğurlu antiterror tədbirlərindən söz açdı.

Bildirdi ki, keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində daha Qarabağ azad, Azərbaycan isə tam bütövdür. 

Prokuror əlavə olaraq onu da qeyd etdi ki, qazanılan bu uğur ölkə rəhbəri Cənab İlham Əliyevin apardığı düzgün siyasətin və Azərbaycan Ordusunun peşəkarlığının bəhrəsidir.

Sonra iştirakçılar Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər düzərək, onun xatirəsini ehtiramla yad etdilər.

Tədbir Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin ziyarət olunması ilə davam etdi.

 Mərkəzin əməkdaşı Ruhin Hüseynov Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında qonaqlara ətraflı məlumat verdi.

Yekunda birgə xatirə şəkilləri çəkdirildi.

Keçidlər