Ağcabədidə polislərin peşə bayramı qeyd olundu
Azərbaycan polisi – 105 il xidmət başında! Qürur və cəsarət yolu! Bu günlərdə özünün 105 yaşını qeyd edən Azərbaycan polisi şərəfli, məsuliyyətli bir yol keçərək Vətənə layaqətlə xidmət edir. İnsanların dinc, rahat şəkildə yaşamasını məhz polis orqanları təmin edir. Polisə olan hörmət elə dövlətə olan hörmətdir! Asayişimizin qorunmasında polislərimizin Vətən qarşısındakı bu xidməti də cəmiyyətimiz tərəfindən həmişə yüksək dəyərləndirilib. İyunun 30-da “02 İyun – Azərbaycan Polislərinin Peşə bayramı Günü” Ağcabədi rayonunda qeyd olunub. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Ağcabədi Rayon Polis şöbəsinin rəisi Knyaz Həsənov, rayon polis şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və medai nümayənləri iştirak ediblər. Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Knyaz Həsənov toplantıda iştirak edən şəxsi heyəti salamlayaraq onları polislərin peşə bayramı münasibətilə təbrik edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Daha sonra Ulu öndər Heydər Əliyevin abidəsi tədbir iştirakçıları tərəfindən ehtiramla ziyarət olunub. Azərbaycan Respublikası Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun təbrik məktubunun məzmunu şəxsi heyətin diqqətinə çatdırılıb. Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “02 iyul – Polislərin Peşə Bayramı Günü” münasibətilə polis işçilərini təbrik edib, onlara bundan sonrakı məsiliyyətli iş fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə bir qrup polis əməkdaşı İcra hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif edilib, xidməti işlərində fərqlənən polis işçilərinə, eyni zamanda təqaüddə olan polis veteranlarına da hədiyyələr verilib. Həmçinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən Ağcabədi Rayon Polis şöbəsinin rəisi, polkovnik Knyaz Həsənov və polis polkovnik-leytenantı Rauf Məmmədov Birliyin “Zəfər” medalı ilə təltif olunublar, xidməti işlərində fəal olan polis əməkdaşlarına Fəxri fərmanlar təqdim olunub. Sonda xatirə şəkilləri çəkilib. Milli maraqları, dövlətçilik mənafeyini daim uca tutan daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərlə vətəndaşlarımızın təhlükəsiz həyatının, insanların asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəklər.
Əziz polis işçiləri, peşə bayramınız mübarək!