Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Poliqon” gənclərin hərbi vətənpərvərlik düşərgəsi keçirilmişdir

21 oktyabr 2024 | 15:32
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Ağcəbədi Olimpiya İdman Kompleksində, “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü” münasibətilə Milli Aviasiya Akademiyası tələbələri üçün "Poliqon" gənclərin hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib.
Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra çıxışlara başlanılıb. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını Müstəqilliyin bərpası günü münasibətilə təbrik edib, düşərgə iştirakçılarına uğurlar arzulayıb.
Bundan sonar Gənclər və İdman Nazirliyinin vətənpərvərlik tərbiyəsi sektorunun müdiri Elşən Hüseynov, Qarabağ regional gənclər və idman sektorunun müdiri Rüfət Quliyev, Ağcabədi Olimpiya İdman Kompleksinin müdiri, beynəlxalq dərəcəli futbol hakimi Əfqan Həmzəyev çıxış ediblər.
Xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan baş leytenantı, Aprel döyüşləri qazisi, düşərgənin "Komandan"ı Əhliyət Mehdiyev isə çıxış etdikdən sonra komanda kapitanlarına bayraq və beretkaları təqdim edib.
Tədbir gənc xanəndə Yusif Cəfərbəyli, kaman və tar ustadları Cavanşir və Əli Rüstəmbəylilərin iştirakı ilə bədii proqramla davam edib.
Qeyd edək ki, düşərgənin keçirilməsində məqsəd gənclərdə hərbi-vətənpərvərlik ruhunun daha da qaldırılması, sağlam həyat tərzinin, həmçinin Şanlı Zəfər tarixinin təbliğ edilməsidir.
Keçidlər