Ağcabədidə payızlıq səpin üçün indiyədək 26 min 850 hektar sahədə şum aparılıb
07 sentyabr 2022 | 11:06
Ağcabədi fermerləri payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, gələcək yüksək məhsuldarlıqda yay şumunun əhəmiyyətini xüsusi qiymətləndirən fermerlər və torpaq mülkiyyətçiləri bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Bu günədək rayonunun təsərrüfatlarında 26 min 850 hektar sahədə şum qaldırılıb.