Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə pambıq əkini aparılan sahələrdə məhsul yığımına başlanılıb.

30 sentyabr 2023 | 11:40

Ağcabədidə pambıq yığımına başlanılıb

Ağcabədidə pambıq əkini aparılan sahələrdə  məhsul yığımına başlanılıb.  

Cari ildə rayonda  4392.4 hektarında “MKT-İK” MMC, 3770 hektarında “Azərpambıq” MMC, 2400 hektarında “P-Agro” MMC, 169.58 hektarında “Aztəsərrüfat” MMC, 690,7 hektarında “Cotton Trade” MMC, 70 hektarında isə “AŞİB” MMC ilə müqavilə əsasında olmaqla 11492.7 hektar sahədə pambıq becərilib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən verilən məlumata əsasən Hindarx qəsəbəsi yaxınlığında fəaliyyət göstərən “Cotton Trade” MMC şirkəti tərəfindən  bu günədək fiziki çəkidə  sahələrdən 261.03 ton pambıq məhsulu yığılaraq məntəqələrə təhvil verilib.

O da bildirilib ki, əlverişli hava şəraiti nəzərə alınaraq  pambıq tarlalarında defolyasiya işləri həyata keçirilib. Hal – hazırda defolyasiya  işləri də mütəşəkkil qayda da davam etdirilir.

Məhsulun tez və itkisiz yığımını təşkil etmək məqsədilə pambıqyığanlar və daşıyıcı  lafetlər hazır vəziyyətə gətirilib.

Fermerlər yüksək məhsuldarlığa nail olmaq üçün bütün aqrotexniki tədbirləri həyata keçiriblər. Onlar bu mövsümdə də yüksək məhsul istehsal etmək əzmindədirlər.

Qeyd edək ki, ötən 2022-ci ildə rayon 11 min 838,6 hektar əkin sahəsindən 40362,67 ton məhsul istehsal edərək, respublikada birinci olub.

Keçidlər