Ağcabədidə Novruz yarmarkası təşkil olundu
14 mart 2025 | 18:28
Martın 14-də Ağcabədi rayonunda Novruz bayramı münasibətilə hər il olduğu kimi bu il də kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan satış yarmarkasına fermerlər, təsərrüfatçılar, eləcə də kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər bol çeşiddə məhsullar çıxarıblar. Məhsullar əsasən çərəzli meyvələr, ət və balıq məhsulları, bal, tərəvəzlər, meyvə, göyərti məhsulları, eləcə meyvə ağacları olub. Təşkil olunan Novruz yarmarkasına sakinlər fəal qatılaraq, bayramlıq bazarlığı ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra başçısının müavinləri, hüquq mühafizə orqanları, bələdiyyələr, idarə və təşkilat rəhbərləri kənd təsərrüfatı məhsullarının satışı yarmarkası ilə yaxından tanış olublar.
Bazarlıq edən sakinlər yarmarkanın təşkili üçün rayon rəhbərinə və iş adamlarına öz təşəkkürlərini ifadə ediblər.