Ağcabədidə Novruz yarmarkası keçiriləcək – ELAN
13 mart 2025 | 11:41
Ağcabədidə Novruz yarmarkası keçiriləcək – ELAN
Əziz ağcabədililər, 14 mart 2025-ci il tarixdə Ağcabədi şəhər Mərkəzi Stadionunda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil ediləcəkdir.
Yarmarka sizlərin bayram öncəsi rahat şəkildə bazarlıq etməyinizə imkan yaradacaqdır. Belə ki, satışa çıxarılan məhsullar bazar qiyməti ilə müqayisədə xeyli ucuz olacaqdır.
Yarmarka səhər saatlarında başlanacaq.
Bütün sakinlər dəvətlidir!