Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə Novruz və Ramazan bayramı münasibətilə xeyriyyə tədbirləri təşkil olunub.

18 mart 2026 | 18:15
Ağcabədidə bayramlar münasibətilə aztəminatlı və müharibə iştirakçılarının ailələrinə sosial dəstək göstərilir.
 
Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı və müqəddəs Ramazan ayı münasibətilə Ağcabədi rayonunda silsilə xeyriyyə tədbirləri həyata keçirilir.
 
15 mart 2026-cı il tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov şəhər ərazisində məskunlaşan aztəminatlı və müharibə iştirakçılarının bir qrup ailəsini ziyarət etmişdir. Görüşlər zamanı ailələrin sosial vəziyyəti və qayğıları ilə yaxından maraqlanan rayon rəhbəri sakinləri Novruz bayramı və Ramazan ayı münasibətilə təbrik etmiş, onlara İcra Hakimiyyəti tərəfindən hazırlanmış bayram sovqatlarını təqdim etmişdir.
 
Xeyriyyə aksiyalarının davamı olaraq, martın 16-da rayonda daha genişmiqyaslı humanitar tədbir təşkil olunmuşdur. Ağcabədi Rayon İcra Hakimiyyəti, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğu və Türkiyə Dəyanət İşləri Başqanlığının birgə əməkdaşlığı ilə həyata keçirilən aksiya çərçivəsində 125 aztəminatlı və müharibə iştirakçılarının ailəsinə ərzaq bağlamalarından ibarət bayram sovqatları paylanılmışdır.
 
Həyata keçirilən bu nəcib təşəbbüslər rayon sakinlərində yüksək bayram əhval-ruhiyyəsi yaratmaqla yanaşı, Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və həmrəylik münasibətlərinin bariz nümunəsi kimi xüsusi əhəmiyyət kəsb edir.
Keçidlər