Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə növbəti ağacəkmə aksiyası “ZƏFƏR” prospektində həyata keçirildi.

25 oktyabr 2025 | 15:06

Oktyabrın 25-də növbəti ağacəkmə aksiyası Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonun “ZƏFƏR” prospektində həyata keçirilib. Aksiyada Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyəti aparatının kollektivi, Ağcabədi Yaşıllaşdırma və İşıqlandırma İdarəsi, Ağcabədi rayon Mərkəzi Xəstəxanası, Kommunal Xidməti və Mənzil İstismar İdarəsi, Ağcabədi Suvarma Sistemləri İdarəsi və digər idarə, müəssisə, təşkilat kollektivləri iştirak ediblər. İştirakçılar tərəfindən prospektin yolkənarı ərazisində 900 sayda – o cümlədən meyvə, həmişəyaşıl və meşə ağacları əkildikdən sonra sulanıb, onlara aqrotexniki qaydada qulluq edilib. Bundan əlavə rayon rəhbəri tərəfindən əvvəlki aksiyalarda bu ərazidə əkilən ağaclara da baxış keçirilib. İştirakçılara ətraf mühitin qorunması, həmçinin ağaclara düzgün qulluq edilməsi ilə bağlı müəyyən tövsiyələr, tapşırıqlar verilib.
Qeyd edək ki, rayon ərazisində belə ağacəkmə aksiyalarının bundan sonra da həyata keçirilməsi nəzərdə tutulur.

Keçidlər