Ağcabədidə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri ilə bağlı iclas keçirilib
Noyabrın 18-də Ağcabədidə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının birgə iclası keçirilib. İclasda Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini – Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Xətai Zeynalov, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov və komissiyanın üzvləri iştirak ediblər.
Çıxışlar zamanı rayonda narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülmüş işlərdən danışılıb, Komissiya tərəfindən həyata keçirilmiş tədbirlərin nəticələri geniş təhlil olunub, narkomaniya ilə mübarizə tədbirlərinin genişlənməsi ən vacib məsələlərdən biri olduğu vurğulanıb.