Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir!” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir.

14 noyabr 2022 | 10:25

11 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə "Yaradıcı Gənclərə Dəstək" İctimai Birliyi tərəfindən  “Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir!” layihəsi çərçivəsində növbəti təlim kursu həyta keçirilmişdir.

   Ağcabədi Pedaqoji Kollecində keçirilmiş təlimdə 35 nəfərə yaxın gəncin iştirak etmişdir.

   Tədbirdə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir.

   Təlimi Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Cavid Bünyadov giriş sözü ilə açaraq qeyd etdi ki, Ümumilli lider Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Elə bunun davamıdır ki, ölkə başçısı cənab İlham Əliyevin  Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə müxtəlif dövürlər üçün müvafiq sərəncamlar imzalanması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb.

   Sonra “Narkomaniyaya qarşı mübarizə bəşəriyyətin xilası deməkdir!” layihəsi haqqında geniş məlumat vermək üçün söz təlimçi Rasif Qaçayevə verilmişdir. Rasif müəllim layihə çərçivəsində gənclərin maariflənməsi məqsədilə mövzu haqqında ətraflı söhbətlər aparmış, gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsinin və onların narkomaniya və digər neqativ vərdişlərdən uzaq durmasının önəmini diqqətə çatdırmışdır.

    Təlimin sonunda gəncləri maraqlandıran suallar cavablandırılmış, onlara narkomaniyaya aid hazırlanmış üzərində Agentliyin və İctimai Birliyin loqosunu əks etdirən bukletlər, qeyd kitabçaları, qələmlər və qovluqlar paylanılmış həmçinin layihədə iştiraklarına dair sertifikatlar təqdim olunmuşdur.   

Keçidlər