Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə müqəddəs Qurban Bayramı qeyd edilib

27 iyun 2023 | 19:16

Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban Bayramı Azərbaycanda da böyük təntənə ilə keçirilir. Bu zaman hər bir insan öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər. İyunun 25-dən etibarən Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban bayram münasibəti ilə ənənəvi olaraq qurbanlıq heyvanların kəsilərək rayon mərkəzində, eləcə də qəsəbə və kəndlərdə yaşayan imkansız ailələrə paylanması təşkil olunub. 2 gün davam edən tədbirdə, ümumilikdə 53 nəfəri şəhid ailə üzvləri, 71 nəfəri Vətən müharibəsi əlilləri, müharibə veteranları və aztəminatlı ailələr olmaqla, 650-dən yuxarı şəxslər hüquq-mühafizə orqanlarının rəhbərlərinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının iştirakı ilə yaşadıqları ünvanlarda ziyarət olunub, onlara qurban payları çatdırılıb. Qurban payları ilə təmin olunan şəxslər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və tədbirin təşkilatçılarına öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər