Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə "Muğam" Televiziya Müsabiqəsinin növbəti turu keçirilmişdir

22 iyun 2022 | 18:59

21 iyun 2022-ci il tarixdə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının dəstəyi ilə Vlll Muğam Televiziya Müsabiqəsinin növbəti turu Ağcabədidə keçirilib.

Y.Məmmədov adına Mədəniyyət Mərkəzində təşkil olunan sözügedən müsabiqənin aparıcıları tamaşaçıları salamlayıb, tədbirin görkəmli bəstəkar Üzeyir Hacıbəyli, məşhur muğam ustaları Mütəllim Mütəllimov, Zülfü Adıgözəlov, Yaqub Məmmədov, Səfa Qəhrəmanov və Sabir Novruzovun Vətənində keçirilməsinin önəmli əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Azərbaycan respublikasının xalq artistləri Səkinə İsmayılova, Sərdar Fərəcov, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslan, Respublikanın əməkdar artisti Fərqanə Qasımova və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmidən ibarət münsiflər heyəti gənc ifaçılar- Həzrət Əzizli, Tahir Şəkiyev, Nərgiz Cabbarova, Daşqın Kürçaylı, Vüsal Qasımov, Ülkər Abdullayev və Fuad Əlizadənin ifa etdikləri muğam və təsnifləri dinləyərək, yüksək dəyərləndirib.

Müsabiqə zamanı həmyerlimiz Nərgiz Cabbarovanın ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Bütövlükdə növbəti Muğam Müsabiqəsi ruh yüksəkliyi ilə qarşılanıb, tamaşaçılara xoş ovqat bəxş edib. Yeri gəlmişkən qeyd edək ki, sözügedən müsabiqənin növbəti turunun Ağdam rayonunda keçirilməsi nəzərdə tutulub.

Keçidlər