Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə muğam gecəsi keçirilib

29 avqust 2023 | 09:52

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da doğum gününə təsadüf edən  bu əlamətdar günmünasibəti ilə Ağcabədidə muğam gecəsi keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Qarabağ Regional Mədəniyyət İdarəsi Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində təşkil olunan tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, mədəniyyət müəssisələrinin nümayəndələri, ziyalılar, rayon sakinləri iştirak ediblər.

Tədbiri çıxış nitqi ilə RİHB-nın müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova açaraq, ölkə başçısının müvafiq Sərəncamının əhəmiyyəti barədə məlumat verib. V.Məmmədova Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla azad olunmasından danışıb. Qeyd olunub ki, dövlət qayğısı sayəsində işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçın rayonunda irimiqyaslı tikinti, bərpa-quruculuq işləri aparılır, artıq sakinlər doğma yurdlarında, ata-baba ocaqlarında məskunlaşırlar.

Həmçinin 26 avqust tarixinin Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunması, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident  Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən silsilə tədbirlərin muğamın inkişafı, eləcə də, təbliğində müstəsna rol oynadığı da diqqətə çatdırılıb.

Sonra çıxış edən mərkəzin direktoru Tural Niftalıyev, rayon MKS-nin direktoru Məhəbbət Əliyeva işğal dövründə Ermənistan tərəfindən şəhərlərimizin, qəsəbə və kəndlərimizin viran edildiyini, mədəni irsimizə böyük zərbə vurulduğunu, tarixi-mədəni və dini abidələrimizin, məscidlərimizin dağıdılaraq vandalizmə məruz qaldığını bildiriblər.

Daha sonra Qarabağ Muğam Mərkəzinin müəllim və şagirdlərinin ifasında  muğam, təsnif, xalq mahnıları səsləndirilib.

Keçidlər