Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Muğam Festivalı keçirildi

20 iyun 2023 | 10:05

iyun ayının 20-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə dəstəyi ilə Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təşkil olunub. Mərkəzin yay zalında keçirilən konsertdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağcabədi Regional Mədəniyyət İdarəsinin kollektivləri, mədəniyyət işçiləri, muğam-musiqisevərlər iştirak ediblər. Əməkdar artistlər – İlkin Əhmədov, Günay İmamverdiyeva, Səbuhi İbayev, Televiziya Muğam müsabiqələrinin qalibləri və iştirakçıları – Nisbət Sədrayeva, Babək Şuşalı, Vəfa Orucova və Sərxan Bünyatzadənin ifa etdikləri muğam və təsniflər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Qeyd edək ki, iyun ayının 18-dən başlayan festival iyunun 25-ə qədər bölgələr üzrə davam edəcək.

Keçidlər