Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə müəllimlər üçün sosial-emosional öyrənmə mühitinin təşkili üzrə ixtisasartırma təlimləri keçirilib

31 oktyabr 2026 | 17:39

“Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqların hüquqlarının və mənafelərinin qorunması, psixoloji rifahının təmin edilməsi, eləcə də təhsil müəssisələrində sağlam sosial-emosional mühitin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Bu məqsədlə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Sosial-emosional öyrənmə mühitinin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib.

26 oktyabr 2026-cı il tarixindən etibarən Ağcabədi də daxil olmaqla ölkənin bir sıra bölgələrində təşkil olunan təlimlərin əsas məqsədi müəllimlərin psixoloji qiymətləndirmə və diaqnostika sahəsində bilik və bacarıqlarının artırılması, şagirdlərin sosial-emosional ehtiyaclarının vaxtında müəyyənləşdirilməsi və məktəbdə sağlam müəllim–şagird–valideyn münasibətlərinin formalaşdırılmasına dəstək göstərilməsi olub.

24 akademik saatı əhatə edən təlimlər zamanı iştirakçılara şagirdlərdə müşahidə olunan psixoloji çətinliklərin müəyyənləşdirilməsi, psixodiaqnostik metodikaların tətbiqi və məktəb mühitində psixoloji işin təşkili ilə bağlı nəzəri və praktiki biliklər verilib.

Qeyd edək ki, “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən bu təlimlər uşaqların hüquqlarının və mənafelərinin qorunması, psixoloji rifahının təmin edilməsi, eləcə də təhsil müəssisələrində təhlükəsiz, sağlam və dəstəkləyici öyrənmə mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Keçidlər