Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilmişdir.

14 iyun 2022 | 15:29

14 iyun 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə 15 İyun “Milli Qurtuluş günü”nə həsr olunmuş konfrans keçirilmişdir.

    Tədbirdən öncə Ulu Öndərimiz Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir.

    Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mirələm İbrahimli əlamətdar gün münasibəti ilə konfrans iştirakçılarını təbrik edib və “Milli Qurtuluş Günü” barədə ətraflı məlumat vermişdir. Daha sonra Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək “Milli Qurtuluş Günü”nün tariximizdə yeri və rolu ilə bağlı fikirlərini bölüşüb.

   Çıxışlarda xüsusi olaraq vurğulanıb ki, Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı.  Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Keçidlər