Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilmişdir.

26 fevral 2024 | 18:01

Dünyanın ən dəhşətli qətliamlarından  olan Xocalı soyqırımının baş verdiyi gecədən 32 il ötür.  O gün, o tarix əbədi olaraq sağalmaz yara kimi qəlbimizdə qalacaqdır. Lakin ötən illərdən fərqli olaraq, bu gün bir təsəllimiz var. Uzun illər işğal altında qalan torpaqlarımız, o cümlədən Xocalı  artıq azaddır. İllərlə  el –obasından uzaq düşən bütün sakinlər kimi Xocalı sakinləri də qısa vaxtda öz dogma yurdlarına qayıdacaqlar. Ölkəmizin müxtəlif bölgələrinə səpələnmiş Xocalı sakinləri yenidən bir yerə toplanacaqlar.

Ağcabədidə rayonunda da hazırda Xocalıdan olan 6 ailə yaşayır. Soyqırımın  növbəti ildönümü münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda məskunlaşmış Xocalı sakinləri ilə  görüş keçirib. Çay süfrəsi ətrafında keçirilən görüşdə həmçinin rayon icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Ağcabədi rayon təşkilatının sədri və media nümayəndələri iştirak ediblər.

Rayon rəhbəri Rafil Hüseynov çıxış edərək Vətən müharibəsində, eləcə də 1 günlük antiterror tədbirlərində Ali baş komandanın rəhbərliyi altında ordumuzun göstərdiyi şücaətdən söz açıb, işğaldan sonra ilk dəfə olaraq bu il   faciə  qurbanlarının öz  azadlığına qovuşan Xocalıda anıldığını qeyd edib. O, həmçinin son günlər Xocalıda aparılan qazıntılar zamanı işgəncələrə məruz qalmış insan qalıqlarının tapılmasından da söz açaraq hər kəsin erməni qəddarlığına bir daha şahid olduğunu vurğulayıb.

İcra başcısı  sonra Xocalı sakinlərinin çətinlikləri ilə maraqlanıb. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə  başçısı  İlham Əliyevə və  rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər