Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib

25 fevral 2023 | 16:07

Fevralın 25-də Ağcabədi Rayon İcra Hakimiyyətində rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib.

“Aran” xəbər verir ki, çay süfrəsi ətrafında keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Xocalı sakinləri və media nümayəndələri iştirak ediblər.

Rayon rəhbəri Rafil Hüseynov Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı keçirilən görüşdə sakinlərin hər hansı çətinliklərinin olub-olmaması ilə bir daha yaxından maraqlanaraq, onları dinləyib.

R.Hüseynov həmçinin, Vətən müharibəsində Azərbaycan Ordusunun Qarabağ torpaqlarında həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından və Azərbaycan xalqının əldə etdiyi parlaq tarixi zəfərindən də söz açıb. O, eyni zamanda Xocalı sakinlərinə ən qısa zamanda öz dədə-baba torpaqlarına, doğma Xocalıya qayıtmalarını arzulayıb.

Sonda Xocalı sakinləri – Azad Abbasov, Qənirə Quliyeva, Cəmil Rəhimov Xocalıdan olan məcburi köçkünlərə daim göstərilən xüsusi qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayonda gördükləri doğma münasibət və diqqət üçün rayon rəhbəri Rafil Hüseynova öz minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

Keçidlər