Ağcabədidə məktəblilərlə sağlam və rasional qidalanma mövzusunda maarifləndirici görüş keçirilib.
Ağcabədi rayon Qaradolaq kənd 1 nömrəli tam orta məktəbdə və Mehrablı kənd 1 nömrəli məktəbdə şagirdlərlə sağlam və rasional qidalanma mövzusunda maarifləndirmə aparılıb.
Görüşün keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4-cü bəndinin (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) tədbirlərin həyata keçirilməsi) icrasının təmin edilməsi məqsədini daşıyıb.
Maarifləndirməni Ağcabədi RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva və Rayon Mərkəzi Xəstəxanasının həkimi Familə Məmmədova ilə birgə keçiriblər.
Məktəblilərə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrindən və ya marketlərdən qida məhsulları alarkən həmin məhsulun istehsal tarixinə, saxlanma şəraitinə, zahiri görünüşünə, düzgün qablaşdırılmasına xüsusi diqqət yetirmələri tövsiyə olunmuş, onlara bu barədə məlumatlandırıcı çap materialları paylanılmışdır.
Bu mövzuda digər məktəblərdə də şagirdlərlə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.