Ağcabədidə “Korrupsiyaya qarşı mübarizəyə gənclər potensialının cəlb edilməsi” mövzusunda görüş keçirilmişdir.
Oktyabrın 27-də Ağcabədi Pedaqoji Kollecinin iclas zalında “Korrupsiyaya qarşı mübarizəyə gənclər potensialının cəlb edilməsi” mövzusunda tədbir keçirilib. “Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə sözügedən təşkilatın, rayon icra hakimiyyətinin əməkdaşları, kollecin tələbələri və media işçiləri iştirak ediblər.
Görüşü açıq elan edən “Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyinin sədri Elçin Axundzadə bütün bölgələrdə olduğu kimi Ağcabədidə də korrupsiya mövzusunda gənclərin məlumatlandırılmasının əhəmiyyətindən danışıb. O, bununla yanaşı qeyri-hökümət təşkilatlarını xalqın danışan dili adlandırıb. E.Axundzadə korrupsiyanın ziyanlarından söz açarkən bildirib ki, rüşvətin hökm sürdüyü cəmiyyət heç zaman xoşbəxt ola bilməz. Sözügedən birliyin sədri bundan əlavə hansısa xidmət sahələrində rüşvət tələbi halları ilə qarşılaşan vətəndaşlara korrupsiyaya qarşı ixtisaslaşmış müvafiq orqanların qaynar zəng xətlərinə müraciət etmələrini tövsiyə edib.
Sonrakı çıxışda rayon icra hakimiyyətinin əməkdaşı Turqut Quluzadə korrupsiya sözünün hüquqi tərəfdən mənasını açıqlayaraq, sakinlərin bu cür hallardan qorunması yollarından danışıb, eyni zamanda ölkəmizdə rüşvət hallarının hökm sürdüyü bir vaxtda bunun qarşısının Ulu öndər Heydər Əliyev tərəfindən bir neçə il ərzində aradan qaldırıldığını qeyd edib.
Sonda tədbir iştirakçıları ilə xatirə fotoları çəkilib.