Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə kitab sərgi-yarmarkası keçirilib

20 oktyabr 2023 | 16:24

“Bərdə Kitab Evi” nin Vl kitab sərgi – yarmarkası ilk olaraq Azərbaycan Dövlət Pedeqoji Universitetinin  Ağcabədi filialının həyətində kitab sərgisini universitetin tələbələri ilə birgə həyata keçirib.

Sərgini keçirməkdə məqsəd tələbə-gənclər arasında kitaba marağın artırılması və maarifçiliyin inkişafı olub. Sərgidə nümayiş olunan bədii ədəbiyyat, dünya və avropa ədəbiyyatı, uşaq ədəbiyyatı, iqtisadi və hərb ədəbiyyatı, inkişaf-motivasiya, psixoloji, elmi-kütləvi və digər mövzuları əhatə edən kitablar tələbələrdə böyük marağa səbəb olub. Tələbələr onları maraqlandıran müəllifləri və sevdikləri əsərlərin qəhrəmanlarını kitabların arasında axtarıblar.

“Kitab evi” öz növbəti kitab sərgisini Heydər Əliyev Meydanında, açıq havada təşkil edib. Demək olar ki, hər kəsin diqqətini çəkən sərgi məktəbli şagirdlərdə daha çox maraq yaradıb. Belə ki, şagirdlər sərgidə nümayiş olunan kitablarla yaxından tanış olmaq məqsədi ilə daha çox fəallıq göstəriblər. Bu isə olduqca sevindirici haldır.

Keçidlər