Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Kikboksinq üzrə Azərbaycan çempionatının mükafatçıları ilə görüş keçirilmişdir.

02 iyun 2022 | 11:48

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev Kikboksinq idman növü üzrə Azərbaycan çempionatında uğurlu nəticələr əldə etmiş Ağcabədi idmançıları ilə görüş keçirmişdir. İdarə rəisi kikboksçuları qazandıqları nəticələr münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzu etmişdir. Rüfət müəllim görüşdə xüsusi olaraq vurğulamışdır ki, son dövürlərdə ölkəmizdə olduğu kimi Ağcabədidə də idman sahəsi uğurla inkişaf etməkdədir. Məhz bunun nəticəsidir ki, idmançılarımız müxtəlif idman növləri üzrə milli yığma komandanın tərkibində çıxış edir və eyni zamanda artıq 3 ağcabədili idmançı Türkiyə Respublikasının Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi oyunlarında iştirak etmək hüququ qazanıb. Bu idmançılar Əli Cəfərov, Minayə Əkbərova və Mahmud Hüseynovdur.

     Qeyd edək ki, 20-22 may 2022-ci il  tarixlərdə Bakı şəhərində keçirilmiş Kikboksinq idman növü üzrə Azərbaycan çempionatında iştirak edən ağcabədili idmançılar 3 medal qazanmışdır. Onlardan Mahmud Hüseynov 54 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutmuş  və İslamiyadaya vəsiqə qazanmışdır. Digər idmançılarımızdan Vüqar Mamedov 60 kq çəki dərcəsində 2-ci yerə, Sübhan Mamedov isə 51 kq çəki dərəcəsində 3-cü yerə laiq görülmüşdür.

Keçidlər