Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə keçirilən “Uşaq festivalı” unudulmaz anlarla yadda qalıb

17 iyun 2022 | 15:45

Ağcabədi şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında

“Uşaq festivalı” keçirilib. Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional

ofisi, “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti və Ağcabədi regional Mədəniyyət

idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə giriş sərbəst olub. Festivalda

xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhid ailələrinin övladları da iştirak ediblər.

Festivalı giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı

uşaqları salamlayaraq, Festival haqqında məlumat verib. Qeyd edib ki, uşaqların

həm intellektual, həm fiziki, həm də sosial inkişafında belə festivalların əhəmiyyəti

böyükdür.

Ağcabədi regional Mədəniyyət idarəsinin əməkdaşı İlkin Mamedov, Ağcabədi

Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova da çıxış edərək,

uşaqlara festival zamanı uğurlar arzu ediblər. Ölkəmizdə uşaqlara göstərilən

yüksək dövlət qayğısından danışıb, onların sağlamlığının qorunması, qayğısız

böyümələri, təlim-tərbiyəsi sahəsində davamlı iş aparıldığını diqqətə çatdırıblar.

Festivalda balacaların istirahət etməsi ilə yanaşı, həm də öz istedadlarını

nümayiş etdirmək imkanı yaradılıb. Uşaqlara müxtəlif əyləncə və maarifləndirici

proqramlar təqdim olunub. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə

vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə bilib. Parkın ərazisi müxtəlif

mövzular və əyləncə növləri üzrə bölünüb, müxtəlif yarışlar, interaktiv oyunlar

təşkil olunub.

Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin, Ağcabədi şəhər Uşaq

musiqi Məktəbinin, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam mərkəzinin, “İnklüziv

Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin və 2 saylı körpələr evi-uşaq bağçasının

uşaqlarının ifasında təşkil edilən konsert proqramları və digər əyləncələr balacalara

gözəl xatirəyə dönəcək anlar yaşadıb. Tədbirin sonunda açıq havada piknik təşkil

edilib.

Keçidlər