Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası keçirilib.

13 mart 2026 | 18:25

13 mart 2026-cı il tarixində Ağcabədi Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil olunub.

Ağcabədi Bayraq Muzeyində keçirilən yarmarkada işsiz və işaxtaran kimi qeydiyyatdan keçmiş 177 nəfər vətəndaş iştirak edib.

Əmək yarmarkasında 3-ü dövlət, 9-u isə özəl sektoru təmsil edən olmaqla ümumilikdə 12 işəgötürən müəssisə iştirak edib. Yarmarka çərçivəsində işəgötürənlər tərəfindən işsiz və işaxtaran şəxslərin seçimi üçün 80-dən artıq vakansiya təqdim olunub.

Tədbir zamanı işaxtaran şəxslərlə işəgötürənlər arasında birbaşa ünsiyyət qurulub, müxtəlif sahələr üzrə mövcud vakansiyalar barədə məlumat verilib, həmçinin məsləhətləşmələr aparılıb və fikir mübadiləsi həyata keçirilib.

Eyni zamanda vətəndaşları məşğulluq imkanları ilə bağlı maraqlandıran suallar aidiyyəti şəxslər tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Keçidlər