Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə intellektual oyunlar üzrə regional müsabiqə keçirilib

28 oktyabr 2023 | 11:41

Oktyabrın 28-də Ağcabədi rayon Bayraq Muzeyinin zalında YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə Görkəmli Rəhbər  Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual  oyunun seçmə mərhələsi üzrə “E” qrupunda  yarışlar keçirilib.

Yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər  Heydər Əliyevin və Azəbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir  dəqiqəlik sükutla yad olunub.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbirin açılışında çıxış edərək, qonaqları salamlayaraq qeyd edib ki, bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Cari ilin əvvəllərindən başlayaraq, respublikamızın hər yerində Ulu Öndər Heydər Əliyevə həsr edilmiş çoxsaylı tədbirlər keçirilməyə başlanılıb  və hazırda bu kimi tədbirlərin keçirilməsi davam edir.

Növbəti tədbir isə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan “İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi tərəfindən keçirilir. Mən fürsətdən istifadə edərək, regional müsabiqənin Ağcabədi rayonuna salınmasına görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edirəm. Bugünkü müsabiqədə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Naftalan, Xocavənd, Şuşa, Tərtər, Beyləqan, Goranboy və Laçın rayonlarının komandaları mübarizə aparacaqlar.Tədbirin ev sahibi olaraq, tərəfimizdən hazırlıq işləri yüksək səviyyədə təşkil edilib. Əsasnaməyə müvafiq olaraq  11 komanda arasında ən yüksək xal toplayan  3 komanda finala vəsiqə qazanacaqdır.

R.Əhmədov “Azərbaycan İntellektual Klublar Assossasiyası”nın  Ağcabədiyə təşrif  buyurmuş nümayəndələrinə təşəkkür edərək, yarış iştirakçılarına uğurlar arzulayıb.

3 turdan ibarət keçirilən müsabiqədə Şuşa rayonunun  komandası  I yerə, Goranboy rayonunun  komandası II yerə,  Füzuli rayonunun  komandası III yerə layiq  görülüb.

Ümumilikdə, respublikanın  7 şəhərində keçirilən seçmə yarışlarında qalib gəlmiş 21 komanda noyabr ayında  Bakı şəhərində  Gülüstan sarayında  final yarışlarına qatılacaqlar.

Yarışın sonunda komandaların üzvləri xatirə şəkilləri çəkdiriblər.

Keçidlər