Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Rəqəmsal Azərbaycana doğru” regional layihəsinə start verib.

13 may 2023 | 15:36

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi  “Rəqəmsal Azərbaycana doğru” regional layihəsinə start verib. “Technest” Təqaüd Proqramı çərçivəsində Azərbaycanın 60 regionuna ediləcək səfərlərdə bölgələrdə yaşayan İKT həvəskarları, eyni zamanda bu sahədə çalışan, tədris alan gənclərlərlə görüş keçirilir.

Aran” xəbər verir ki, mayın 12-də layihə çərçivəsində növbəti səfər Ağcabədiyə olub. ADPU Ağcabədi filialında “Technest” Təqaüd Proqramı əsasında keçirilən görüş zamanı mentorların iştirakı ilə rəqəmsal savadlılıq, İKT biliklərinin artırılması, gələcəyin peşələri mövzularında region gəncləri ilə görüş baş tutub.  Təqdimatda iştirakçılara həmçinin “Technest” Təqaüd Proqramında iştirak imkanları, bu sahə üzrə karyera dəstəyi haqqında geniş məlumatlar verilib. Təlimçilər arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təmsilçiləri Fərəh Əhmədova, eyni zamanda “AE Camp” tədris mərkəzinin təsisçisi Elşad Ağazadə, “Taskilled” tədris mərkəzinin təsisçisi Nəriman Qaraxani yer alıb.

Qeyd edək  ki, səfər çərçivəsində İRİA-nın nümayəndə heyəti ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov arasında görüş təşkil olunub. R. Hüseynov ikitərəfli müzakirələrdə regionun informasiya texnologiyaları üzrə potensial imkanlarından danışıb. Görüşdə bölgə məktəblərində təhsil alan şagirdlərin İKT sahəsi üzrə maarifləndirmə prosesinin aparılması, onların bu sahədə gələcək karyera planlarına dəstək olunması və istiqamətləndirilməsi üzrə atıla biləcək addımlar müzakirə olunub.

Keçidlər