Ağcabədidə İlaxır çərşənbə münasibətilə ümumrayon Novruz tədbiri keçiriləcək.
17 mart 2026-cı il tarixdə – İlaxır çərşənbə günü münasibətilə Ağcabədi şəhərində Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçiriləcəkdir.
Hər zamankından daha fərqli təşkil olunacaq tədbirdə zurna-davul ifaçıları, kosa-keçəl və kəndirbazların iştirakı nəzərdə tutulur. Bu maraqlı çıxışlar xalqımızın qədim milli adət-ənənələrini əks etdirərək tədbirə xüsusi rəng qatacaqdır.
Tədbir çərçivəsində musiqili proqram təqdim olunacaq, tanınmış və yerli ifaçıların çıxışları bayram əhval-ruhiyyəsini daha da yüksəldəcəkdir.
Bayram tədbiri saat 10:00-da Ağcabədi şəhərində yerləşən Heydər Əliyev Meydanında (Rayon İcra Hakimiyyətinin qarşısında) təşkil olunacaqdır.
Rayon sakinləri və qonaqlar bayram tədbirində iştirak etməyə dəvət olunurlar.






