Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə iftar süfrəsi açılıb

19 aprel 2023 | 15:18
Müqəddəs Ramazan ayı münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ağcabədi Rayon İcra Hakimiyyəti və Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının birgə təşkilatçılığı ilə iftar süfrəsi açılmışdır.
“Kral” şadlıq sarayında təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərləri, Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndəsi, şəhid ailələri, qazilər, aztəminatlı ailələr, rayon ictimaiyyəti iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov tədbiri giriş sözü ilə açaraq Ramazan ayının fəzilət və dəyərlərindən, onun vəhdət və birlik ayı olmasından danışıb.
Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı, ilahiyyatçı Elgiz İmanlı, şəhər “Cümə” məscidinin imamı Mərdan Rzayev, Qurani Kərimin məhz Ramazan ayında nazil olmasından, əhya gecələri və İslam dininin başqa dəyərlərindən geniş bəhs ediblər. Qurani Kərimdə şəhidlərlə bağlı məqamlardan söz açan çıxışçılar onların həm Tanrı dərgahında, həm qəlblərdə yaşadığını qeyd ediblər.
Şəhid anası Məlahət Həziyeva çıxış edərək vətən oğullarının canı, qanı ilə əldə edilən tarixi qələbəmizdən söz açıb, xalqımıza hər zaman qalib olmağı arzulayıb. Tutulan orucların, edilən duaların, qılınan namazların qəbul olunmasını diləyib.
Tədbirdə iftar süfrəsi üçün dualar oxunub.
Keçidlər