Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə "İdman hamı üçün" layihəsi keçirilmişdir.

12 sentyabr 2022 | 17:17

10 sentyabr 2022-ci il tarixdə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində Taekvondo, Sərbəst güləş, MMA, Cüdo, Boks idman növləri üzrə məşğələlər keçirilib.
Tədbirdə müxtəlif yaş kateqoriyasından olan 200 dən çox uşaq, yeniyetmə və gənc iştirak ediblər.
Qeyd edək ki, əyləncəli idman tədbirinin təşkilində məqsəd əhali arasında idmanın təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

Keçidlər