Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə heyvandarlıq sahəsinin inkişaf perspektivləri müzakirə olunub

29 sentyabr 2026 | 17:37

29 sentyabr 2026-cı il tarixində Ağcabədidə “Heyvandarlıq sahəsində mövcud imkanlar, perspektivlər və çətinliklər” mövzusunda görüş keçirilmişdir.

Görüşün əsas məqsədi heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkar və təsərrüfat subyektlərinin qarşılaşdıqları məsələlərin müzakirəsi, mövcud imkanlar barədə məlumatlandırılması və aidiyyəti qurumların dəstəyi ilə sahənin inkişaf perspektivlərinin nəzərdən keçirilməsi olmuşdur.

Tədbirdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional koordinatorluğun koordinatoru Hafiz Sadıqov, Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ülfət Xonaşınlı, Ağcabədi KOB Dostu Mədət Abbasov, İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin müdiri Müşviq İbişov, eləcə də Aqrar Xidmətlər Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, Dövlət Vergi Xidməti, Aqrar Sığorta Fondu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzi, Aqrar Xidmətlər Agentliyinin Beyləqan Regional Təlim Mərkəzi və digər qurumların nümayəndələri iştirak etmişlər.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramından irəli gələn vəzifələr, Ağcabədi rayonunda qarşıya qoyulan hədəflər və bu istiqamətdə görülmüş işlər müzakirə edilmişdir.

Görüşdə heyvandarlıq təsərrüfatlarının inkişafı, heyvan sağlamlığı və baytarlıq xidmətləri, aqrar sığorta, vergi və maliyyə imkanları, məşğulluq, su və meliorasiya məsələləri, həmçinin sahibkarların maarifləndirilməsi ilə bağlı mövzular diqqətə çatdırılmışdır.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış, təqdimatlar və müzakirələr aparılmışdır.

Keçidlər