Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Heydər Əliyev ili ” çərçivəsində şahmat idman növü üzrə yarışın keçirilməsinə başlanılıb.

11 aprel 2023 | 10:21

Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayon təhsil sektorunun Uşaq Gənclər İdman Şahmat məktəbinin və Yeni Azərbaycan partiyasının Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyi və “Heydər Əliyev ili ” çərçivəsində 10-16 aprel 2023-cü ildə şahmat idman növü üzrə yarışın keçirilməsinə başlanılıb. Yarışdan öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə çiçəklər qoyulub. Daha sonra açılış mərasimində Ağcabədi təhsil sektorunun aparıcı məsləhətçisi Nərminə Məmmədova, YAP rayon təşkilatının sədr müavini Nazim Bünyadov və Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Rauf Musayev çıxış edərək ulu öndərin həyat və fəaliyyəti barədə yarış iştirakçılarına geniş məlumat veriblər. Yarışda rayonun şəhər və kənd tam orta məktəblərindən 150 nəfərdən artıq gənc şahmatçılar A və B qrupunda mübarizəyə başlayıblar.

Yarışda yer tutan şahmatçılara YAP-ın və Uşaq Gənclər İdman Şahmat Məktəbinin medal və diplomları ilə yanaşı qiymətli hədiyyələr təqdim olunacaq.

Keçidlər