Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə gənc fermerlərlə görüş keçirilib

26 noyabr 2022 | 16:07

Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar bölgələrdə məqsədyönlü tədbirlər, görüşlər keçirilir.

Noyabrın 25-də gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə tədbirlərin görülməsi istiqamətində görüş keçirilib. Ağcabədi Bayraq Muzeyində təşkil olunan görüşdə çıxış edən RİHB-nın müavini-Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Xətai Zeynalov ölkəmizdə KOB-ların fəaliyyətindən, iqtisadiyyatın inkişafındakı rolundan söz açıb və  onların dəstəklənməsi istiqamətində görülən tədbirlər barədə danışıb.  Qeyd olunub ki, sahibkarlarla  biznes mühitinin yaxşılaşdırılmasına dəstək istiqamətlərində həyata keçirilən layihələr əməkdaşlığın genişləndirilməsinə dəstək olacaq.

Sonra çıxış edən Ağcabədi KOB dostu Elgün Naibli güzəştli kredit mexanizmlərinin sahibkarlığın, xüsusilə də mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində əhəmiyyətindən söz açıb. E. Naibli eyni zamanda kənd təsərrüfatının  uzunmüddətli kredit tələb edən sahələri, birgə İnvest MMC, Startap şəhadətnaməsi və digər bu kimi mövzular  barədə də məlumat verib.

Keçidlər