Ağcabədidə fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə başlamışdır
10 aprel 2023 | 14:59
Respublikanın iri pambıqçılıq rayonlarından olan Ağcabədidə pambıq səpininə başlanılmışdır. Hal-hazırda rayonda 1514 nəfər istehsalçı ilə emal müəssisələri arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, 4346.82 hektarda “MKT İK” MMC, 3685 hektarda “Azərpambıq” MMC, 688,7 hektarda “Cotton Trade” MMC, 70 hektarda “AŞİB” MMC və 127 hektarda “AZ Təsərrüfat” MMC olmaqla 11317.52 hektar ərazidə pambıq əkini üçün müqavilə bağlanmış və 11250.7 hektar ərazi şumlanmışdır. Şumlanmış 1302 hektar ərazidə çiyid səpini aparılmışdır.