Ağcabədidə əmək yarmarkası təşkil olunub
07 mart 2024 | 12:35
Ağcabədidə əmək yarmarkası təşkil olunub
Martın 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Qarabağ Regional Mərkəzinin dəstəyi ilə Ağcabədi Olimpiya İdman Kompleksində əmək yarmarkası təşkil olunub.
Dövlət, eləcə də, özəl sektordan olan və Ağcabədidə fəaliyyət göstərən 18 işəgötürənin iştirak etdiyi tədbirdə müxtəlif istiqamətlər üzrə 90-a yaxın vakansiya təqdim edilib.
Yarmarkaya qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
Həmçinin iştirakçılara Agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.
Yarmarkada eyni zamanda işğaldan azad edilmiş ərazilərdə görülən işlər və birgə əməkdaşlıq məsələləri də müzakirə olunub.
Qeyd edək ki, bu yarmarka 2024-cü il üçün təşkil olunan ilk yarmarkadır.