Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Əlaqələndirmə Komitəsinin iclası keçirilib

30 yanvar 2023 | 14:50

30 yanvar 2023-cü il tarixdə Ağcabədi rayonu üzrə 2023-cü il üçün “Ərazi Məşğulluq Proqramı”nın həyata keçirilməsi məqsədilə Əlaqələndirmə Komitəsinin iclası keçirilmişdir.

Gündəlikdə duran məsələ işəgötürənlərlə maarifləndirmə işlərinin aparılmasının təşkili olmuşdur. İclası açıq elan edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Əlaqələndirmə Komitəsinin  Ağcabədi rayonu üzrə sədri Xətai Zeynalov 28 oktyabr 2022-ci il tarixdə Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsində iştirak etdiyini və müşavirədə bir sıra tapşırıqların verildiyini iclas iştirakçılarına bildirdi. Həmçinin, “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 3.4-cü bəndinin icrası barədə işəgötürənlərlə maarifləndirmə işlərinin aparılmasının təşkilinin əsas məqsədini və qarşıda duran vəzifələri iclas iştirakçılarının nəzərinə çatdırdı. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində işlərin aparılmasından danışdı.

İclasda iştirak edən Əlaqələndirmə Komitəsinin üzvləri rayon Statistika idarəsinin rəisi Elsevər İsmayılov, Ağcabədi Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramov, Ağcabədi Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin rəisi Səfər Səfərov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının Ağcabədi Xidmət şöbəsinin əməkdaşı Səid Mamedov, rayon Gənclər və İdman idarəsinin əməkdaşı Cavid Bünyadov, rayon Polis şöbəsinin əməkdaşı İsmayıl Abdullayev və “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva mövzu ilə bağlı fikir mübadiləsi aparıb, qarşıda duran vəzifələr və görüləcək işləri müzakirə ediblər.

Qeyd edək ki, Ağcabədi rayonu üzrə 2023-cü il üçün “Ərazi Məşğulluq Proqramı”nın həyata keçirilməsi məqsədilə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 20 oktyabr 2022-ci il tarixli, 319 saylı Sərəncamı ilə Əlaqələndirmə Komitəsi yaradılmışdır.

Keçidlər