Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə dünya birinciliyinin qalib və mükafatçıları ilə görüş keçirilmişdir.

14 oktyabr 2022 | 14:45

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev Kikboksinq idman
növü üzrə dünya birinciliyinin qalib və mükafatçıları olmuş Ağcabədili idmançılarla görüş
keçirmişdir. Rüfət müəllim görüşdə bildirmişdir ki, son dövürlərdə ölkəmizdə olduğu kimi
Ağcabədidə də idman sahəsi uğurla inkişaf etməkdədir. Bunun nəticəsidir ki, iki
Ağcabədili idmançı taekvondo və kikboksinq idman növləri üzrə Türkiyə Respublikasının
Konya şəhərində keçirilən V İslam Həmrəyliyi oyunlarında iştirak etmiş və onlardan biri
Əkbərova Minayə Tapdıq qızı vətənə gümüş medalla qayıtmışdır. İdi isə idmançılarımız
kikboksinq idman növü üzrə dünya birinciliydə yüksək nəticələr əldə edib.
İdarə rəisi kikboksçuları qazandıqları nəticələr münasibəti ilə təbrik etmiş, onlara yeni-
yeni nailiyyətlər arzu etmişdir.
Qeyd edək ki, 03-10 oktyabr 2022-ci il tarixlərdə  İtaliyanın Jesolo şəhərində
keçirilmiş kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə dünya
birinciliyində Ağcabədili idmançılar Sübhan Mamedov -45 kq çəki dərəcəsində I yerə,
Vüqar Mamedov -60 kq çəki dərəcəsində II yerə, Mahmud Hüseynov isə –57 kq çəki
dərəcəsində III yerə layiq görülmüşdür. Ümumilikdə isə Azərbaycan millisi bu birincilikdə
7 qızıl, 6 gümüş və 7 bürünc medal qazanmışdır.

Keçidlər