Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə Dövlət Suverenliyi Günü münasibətilə ümumrayon konfransı keçirilib

19 sentyabr 2026 | 17:28
Ağcabədidə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş “Azərbaycanın Suverenliyi: Tarixi irs və müasir inkişaf” mövzusunda ümumrayon konfransı keçirilmişdir.
 
Konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi hissə komandirləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə və təşkilat rəhbərləri, İH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak etmişlər.
 
Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 
Daha sonra 20 Sentyabr – Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən, rəşadətli Azərbaycan Ordusunun keçirdiyi uğurlu anti-terror əməliyyatlarından və qəhrəmanlıq missiyasından bəhs edən sənədli film nümayış etdirilmişdir.
 
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat məsələləri sektorunun müdiri Fuad Musayev geniş məruzə ilə çıxış edərək Azərbaycanın dövlətçilik tarixindən, dövlət suverenliyinin bərpasının tarixi əhəmiyyətindən, 2023-cü il sentyabrın 19–20-də keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən və ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından bəhs etmişdir. Konfransda müharibə veteranı, hərbi əlil Mahir Baxışov və Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Əminə Mehtiyeva çıxış edərək, dövlət suverenliyimizin bərpasının tarixi irsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsindəki müstəsna rolundan söz açmışlar.
 
Konfransda geniş nitq ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyimizin tam bərpa edildiyini vurğulamışdır. Şanlı qələbədən sonra azad edilmiş torpaqlarımızda yeni era başlandığını bildirən R.Hüseynov, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz bərpa və yenidənqurma işlərinə diqqət çəkmişdir:“Bu gün işğaldan azad edilmiş şəhər və kəndlərimizdə sürətlə aparılan bərpa-quruculuq işləri dövlətimizin qüdrətinin və iqtisadi potensialının bariz göstəricisidir. Bölgedə inşa olunan modern infrastruktur obyektləri, yeni yollar, körpülər, elektrik stansiyaları, hava limanları, eləcə də yenidən qurulan yaşayış məntəqələri “Böyük Qayıdış” proqramının uğurla icra edildiyini sübut edir. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qarabağda müasir memarlıq üslubu ilə tarixi irsin vəhdəti şəraitində salınan ağıllı şəhər və kəndlər keçmiş məcburi köçkünlərimizin öz doğma ocaqlarına təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin edir.”
 
Rafil Hüseynov həmçinin şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının hər zaman diqqət mərkəzində olduğunu xüsusi vurğulamışdır.
Keçidlər