Ağcabədidə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə müşavirə keçirilib
İyulun 10-da Ağcabədidə “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə Prezidentin müvafiq fərmanına əsasən müşavirə keçirilib.Rayon İcra Hakimiyyətinin binasında təşkil olunan tədbirdə icra hakimiyyətinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin məsul əməkdaşları, Rayon Kommunal Xidməti və Mənzil İstismarı idarəsinin, yerli icra və bələdiyyə,eləcə də digər aiddiyyatı qurumların nümayəndələri iştirak ediblər.Tədbirdə RİHB-nin I müavini Xətai Zeynalov çıxış edərək, şəhərsalma və tikinti fəaliyyəti sahəsində rayonda görülmüş işlərdən söz açıb. X. Zeynalov baş verən qanun pozuntularının vaxtında aşkar edilməsindən, nöqsanların tez bir zamanda aradan qaldırılmasının vacibliyindən danışıb. Sonra çıxış edən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsi Zöhrab İsmayılov qanunsuz tikinti işlərinin qarşısının alınması, yaşayış məntəqələrində sakinlər tərəfindən fərdi evlərin və mənzillərin sığortalanması və digər mövzular barəsində ətraflı məlumat verib. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.