Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (02127) 164; (021) 275-48-06

Ağcabədidə Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

23 iyun 2026 | 16:55
İyunun 23-də Ağcabədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Ağcabədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Dövlət Qulluqçularının Peşə Bayramı Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
 
Ağcabədi Rayon Gənclər Mərkəzində təşkil olunan tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon rəhbərliyi, dövlət qulluğu veteranları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, eləcə də regional dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
 
Tədbir iştirakçıları əvvəlcə Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
 
Daha sonra tədbir Gənclər Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Hafiz Hüseynov dövlət qulluqçularının peşə bayramının əhəmiyyətindən danışaraq bildirib ki, ölkədə həyata keçirilən dövlət idarəçiliyi islahatlarında və müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında bu sahədə çalışan əməkdaşların üzərinə mühüm vəzifələr düşür. O, dövlət qulluqçularının cəmiyyətə vicdanla xidmət etməsinin dövlətçiliyin daha da möhkəmləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.
 
Sonra Ağcabədi bələdiyyəsinin sədr müavini Qurban Babayev, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi İlahə Qasımova və Ağcabədi Rayon Statistika İdarəsinin baş məsləhətçisi Röyal Ömərov çıxış edərək Azərbaycanda dövlət qulluğu sisteminin formalaşması tarixi, bu sahədə həyata keçirilən islahatlar, kadr siyasəti və əldə olunan uğurlar barədə ətraflı məlumat veriblər.
 
Tədbirdə yekun nitqi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri çıxışında qeyd edib ki, ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, peşəkar dövlət qulluğu institutunun inkişafı və dövlət qulluqçularına göstərilən diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, dövlət qulluqçularının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmələrinin dövlətçiliyin möhkəmləndirilməsi və vətəndaş məmnunluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
 
Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup dövlət qulluqçusu Ağcabədi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələrlə təltif olunub. Həmçinin dövlət qulluğu veteranlarına xatirə hədiyyələri təqdim edilib.
 
Tədbir çay süfrəsi arxasında səmimi söhbət və fikir mübadiləsi ilə başa çatıb.
Keçidlər