Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib

24 iyun 2023 | 09:30

23 İyun, 2023-cü il tarixdə Ağcabədi rayonunda “23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı  Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, RİHB-nın müavinləri, aparatın kollektivi, idarə, müəssisə, təşkilatların nümayəndələri iştirak ediblər. İlk öncə Ulu öndər Heydər Əliyevin abidəsi üzərinə güllər düzülərək xatirəsi ehtiramla yad olunub. Rayon icra hakimiyyətində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları tərəfindən Ümummili lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibətilə tədbir iştirakçılarını  təbrik edib, onlara bundan sonrakı iş fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 İyun 2023-cü il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyəti başçısının Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, şəhid atası  Sabir Sultanovun “Tərəqqi” medalı ilə təltif edilməsini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məruzə ilə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov qeyd edib ki, Dövlət qulluqçularının peşə bayramı günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may, 2006-cı il tarixli Sərəncamı ilə təsis edilib. Həmçinin o qeyd edib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ökləmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

Məruzə ərtafında çıxış edənlər – Ağcabədi rayonu üzrə Maliyyə İradəsini müdiri Raci Səfərov, Dövlət qulluqçusu veteranı Rahilə Şükürova da BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda da Dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi haqqında danışıblar. O da qeyd olunub ki, dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi və bu sahədə yarana biləcək boşluqların aradan qaldırılması üçün də müntəzəm işlər aparılmasına xidmət edir.

Sonda Dövlət qulluğunda fəallıqlarına görə bir qrup əməkdaş Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunublar.

Keçidlər