Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə cüdo idman növü üzrə açıq rayon turniri keçirilmişdir.

18 iyun 2023 | 11:02

    18 iyun 2023-cü il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə ”Heydər Əliyev İli”nə həsr olunmuş Cüdo idman növü üzrə açıq turnir keçirilmişdir. Ağcabədi Olimpiya İdman Kompleksində baş tutmuş turnirdə Bakı, Gəncə, Yevlax, Ağcabədi, Bərdə, Laçın, Ağdam şəhər və rayonlarını təmsil edən 10 komandadan 160 cüdoçu iştirak etmişdir.

    Gərgin və maraqlı keçən açıq rayon turnirində cüdoçular müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınamışdır. Turnirin yekununda I,II və III yerləri tutmuş idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilmişdir.

Keçidlər