Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə çiyid səpinində işlər yekunlaşmaq üzrədir.

22 may 2023 | 15:27

Pambıqçılığın sürətlə inkişaf etdiyi bölgələrdən biri də Ağcabədidir. 2022-ci ildə rayon 11 min 838,6 hektar əkin sahəsindən 40362,67 ton məhsul istehsal edərək, respublikada birinci olub.

Cari ildə isə 1540 nəfər istehsalçı ilə 11427.64 ha ərazidə səpin aparılması üçün müqavilə bağlanılıb. 11416.64 ha sahədə çiyid səpini aparılıb.

Bundan 4392.36 ha sahədən 4392.36 hektarında “MKT-İK” MMC, 3721 ha sahənin 3710 hektarında “Azərpambıq” MMC, 2400 ha sahənin 2400 hektarında “P-Agro” MMC, 153.58 ha sahənin 153.58 hektarında “Aztəsərrüfat” MMC, 690,7 ha sahənin 690,7 hektarında “Cotton Trade” MMC, 70 ha sahədə isə “AŞİB” MMC tərəfindən səpin işləri həyata keçirilib.

Keçidlər