Ağcabədidə “Böyük Qayıdış”a dair maarifləndirici tədbiri keçirilib
06 sentyabr 2024 | 17:57
Sentyabrın 6-da Ağcabədi Bayraq Muzeyində işğaldan azad olunmuş dədə-baba Qarabağ torpaqlarına Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası ilə əlaqədar “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili layihəsi çərçivəsində tədbir keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Məcburi köçkünlərin Sosial İnkişafı Fondu, Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi İctimai Birliyinin birğə təşkilatçılığı və təşəbbüsü ilə keçirilən tədbirdə Ağcabədi rayon rəhbərliyi, adları qeyd olunan təşkilatların əməkdaşları, hamçinin bir qrup Şuşa, Xankəndi, Xocalı, Laçın, Xocavənd, Ağdam rayon sakinləri və medai nümayəndələri iştirak ediblər.
Maarifləndirmə məqsədi ilə baş tutan tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov hazırda Qarabağda həyata keçirilən şəhərsalma, eləcə də irimiqyaslı tikinti-quruculuq işlərindən, habelə böyük infrastruktur layihələrin uğurla həyata keçirilməsindən danışıb. Rayon rəhbəri eyni zamanda belə tədbirlərin keçirilməsinin vacibliyini də vurğulayaraq layihə iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi İctimai Birliyinin əməkdaşı Rövşən Ağayev Dövlət proqramının məqsədini əhatə edən əhalinin dayanıqlı məskunlaşması, ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası, ərazilərdə təhlükəsiz yaşayış və dövlət idarəetməsini təşkil etmək və ən əsası, əhalinin məğulluq imkanlarının artırılması mövzularında tədbir iştirakçılarına ətraflı məlumatlar verib.
Birliyin digər əməkdaşı Gülanə Quliyeva da icmaların formalaşması üçün əmin-amanlıq və təhlükəsizlik, eyni zamanda adekvat həyat səviyyəsi, dolanışıq vəsilələrinə çıxış və bu kimi mövzuları əhatə edən məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Maarifləndirici tədbir qarşılıqlı söhbət-diskussiya şəraitində davam edib. Əməkdaşlar məcburi köçkünləri maraqlandıran, onları düşündürən sualları ətraflı şəkildə cavablandırıblar.
Sonda iştirakçılar qiymətləndirmə üsulu ilə “Məlumatlandırma seminarı”nı nəzərdə tutulmuş blanklar vasitəsilə dəyərləndiriblər.