Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə Boks idman növü üzrə rayon turniri keçirilmişdir.

26 iyul 2022 | 10:02

25 iyul 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci ildönümünə həsr olunmuş Boks idman növü üzrə rayon turniri keçirilmişdir.

   Rayon turniri Olimpiya İdman Kompleksinin boks zalında baş tutmuşdur.   Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən rayon turnirində 38 boksçu müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınamışdır.    

   Turnirin yekununda ayrı-ayrı çəki dərəcələrində müvafiq olaraq I, II və III yerləri tutmuş idmançılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilmişdir.

Keçidlər