Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə barama tədarükünə start verilib

03 iyun 2022 | 11:59

İyunun 2-dən Ağcabədidə barama tədarükünə başlanılıb. Rayon dövlət aqrar inkişaf mərkəzində təşkil edilən barama qəbulunda  Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da iştirak edib. Rayon rəhbəri kümçülərə uğurlar diləyib.

Qeyd edək ki, müqavilə əsasında bölgənin qəsəbə və kəndlərində fəaliyyət göstərən 361 nəfər kümçü tərəfindən cari mövsümdə bol barama yetişdirilib. Kümçülər artıq günün əvvəlində qəbul məntəqəsinə məhsul təhvil veriblər. Respublikamızda barama tədarükü üzrə ilkə imza atan kümçülərimiz qəbul prosesinə fəallıqla qoşulublar. Qəbulda ilk iştirak edən Qaraxanlı kənd sakini Camal Əzimov 73, Yeni Qaradolaq kənd sakini, Ağdam köçkünü Kamil Abdullayev 79, Boyat kənd sakini Səbuhi Ələkbərov 45, Ağcabədi şəhər sakini Niyazi Salmanov isə 29 kiloqram məhsul təhvil veriblər.

            Barama qəbulu Şəki “İpək” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi Beydulla Zahirov tərəfindən həyata keçirilir. Onun sözlərinə görə təhvil verilən məhsulların keyfiyyəti qənaətbəxşdir. Onların arasında Niyazi Salmanovun təhvil verdiyi barama xüsusilə daha yüksək keyfiyyətli hesab olunur. Rayonda barama tədarükü davam edir.

 

Keçidlər