Ağcabədidə barama tədarükünə start verildi
03 may 2025 | 19:28
Ağcabədi kümçüləri barama təsərrüfatında həmişə öz uğurlu nəticələri ilə fərqləniblər. Belə ki, bu il də kümçülərimiz bol məhsul verməyi planlaşdırırlar. Kümçülərimiz mayın 3-də Qax Damazlıq Birliyindən 455 qutu tut ipəkqurdu təhvil götürüblər.
Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş tutan prosesdə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, bələdiyyələr, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər iştirak ediblər.