Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə barama dərilməsinə başlanılıb

23 may 2023 | 16:51

Ağcabədi respublikanın baramaçılıq rayonları sırasında qabaqcıl yerlərdən birini tutur. Son illər bölgədə baramaçılığın daha da inkişaf etdirilməsi istiqamətində müvafiq addımlar atılır. Ötən il təhvil verilən məhsula görə rayon respublika ikincisi olub. Hər qutudan 38.9 kq olmaqla  33.53 ton barama məntəqələrə təhvil verilib. Cari mövsümdə də rayonumuzda baramaçılığa xeyli maraq olub. Hazırda baramanın dərilməsinə başlanılıb.

Aran” xəbər verir ki, Boyat kəndindən olan Səbuhi Ələsgərov mayın 18-də məhsulun dərilməsinə başlayan ilk kümçü olub.

S.Ələsgərovun sözlərinə görə ipəkqurdu gün ərzində 7 dəfə yemlənib. Bununla bərabər 20 dərəcə temperaturda saxlanılıb. O, bu mövsümdə bir qutu ipəkqurdudan 40-45 kq məhsul götürəcəyini vəd edib.

Mütəxəssis Bəhram Səfərovun dediklərinə əsasən isə bu il toxumlar daha keyfiyyətli olub. B.Səfərov bildirib ki, ümumilikdə Boyat kəndində kümçülərə cari ildə 25 qutu ipəkqurdu paylanılıb.

Ümumilikdə isə rayon kümçülərinə bu mövsüm 700 qutu  ipəkqurdu toxumu paylanıb. 

Bu il daha çox məhsulun təhvil verilməsi gözlənilir.

Keçidlər